Sürüşmə zonasında nisbi gərginlik qalmaqdadır

Samir Soltanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdardakı sürüşmə zonasındakı son vəziyyətlə bağlı məlumat yayıb. 

Qərargahdan Azadinform-a verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə nisbi gərginlik qalmaqdadır. 

Sürüşmə sahəsi üzərində xırda uçqun prosesləri davam edir. Sürüşmə sağ və sol hissəsində qeydə alınan çatların parametrlərində nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

23.10.2018 10:24 / Baxılıb: 403 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo