Star zavodu strateji əhəmiyyət daşıyır Ekspert

Samir Soltanov/AZADİNFORM. “Star” NEZ-in istifadəyə verilməsi Azərbaycan-Türkiyə əlaqələrində strateji əməkdaşlığın gücləndirilməsi baxımından yeni bir mərhələ kimi qiymətləndirilməlidir”. 

Bu barədə Azadinform-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov bildirib. O qeyd edib ki, zavodun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı da praktik olaraq zavoda, bu sərmayənin əhəmiyyətinə verilən qiymət kimi xarakterizə olunmalıdır: “Nəticə etibarı ilə hər iki ölkə prezidentinin açılış mərasimində iştirak etməsi və Azərbaycan Prezidentinin bu sərmayənin xüsusi qiymətləndirməsi bir tərəfdən zavodun rentabelliyi baxımından əhəmiyyətli hesab olunur və bu zavodun rentabelliyini göstərən faktorlardan biridir. Zavodun əldə edəcəyi illik gəlir və eyni zamanda inşası ilə bağlanan sərmayənin həcmini müqayisə etsək “Star” NEZ praktik olaraq yaxın illərdə çəkilmiş xərci qaytarmaq və müəyyən illərdə sonra mənfəət əldə etmək imkanlarına malik olacaq. Zavod iqtisadi baxımdan Azərbaycan və Türkiyə üçün vacibdir. Sərmayənin ilk öncə iqtisadi tərəfləri var. Çünki, tərəflərin gəlir əldə etməsinə imkan verəcək. Eyni zamanda, nəzərə alsaq ki, Azərbaycan Türkiyədə ən çox sərmayə həyata keçirən ölkələrdən biridir. Təbii ki, bu da Azərbaycan-Türkiyə strateji əlaqələri baxımından çox vacibdir. Bütün bunlarla yanaşı “Star” zavodu həm də strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Türkiyə güclü olarsa Azərbaycanda o qədər güclü olar”. 

V. Bayramov vurğulayıb ki, bu sərmayə Türkiyənin daha güclü olmasına yönəldilən töhfədir: “Nəticədə Türkiyənin iqtisadiyyatında Azərbaycan sərmayəsinin payının artması bu ölkə üçün də vacibdir. Çünki, Türkiyənin qardaş və ya strateji ölkələrdən daha çox sərmayənin cəlb etməsi iqtisadi təhlükəsizlik baxımından çox vacibdir. Sərmayə iki ölkə arasındakı strateji əməkdaşlığın gücləndirilməsinə xidmət etməklə yanaşı, Türkiyənin iqtisadi təhlükəsizliyini bir töhfə və Azərbaycanın xarici sərmayələrdən əldə edilən gəlirinin artmasına bir zəmin yaradıb. Nəticədə tərəflər qarşılıqlı olaraq bu sərmayə qoyuluşundan faydalanma imkanına malikdir”. 

23.10.2018 10:05 / Baxılıb: 444 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo