Uilla qasırğası beşinci kateqoriyaya yaxınlaşır

Sakit okeanda formalaşan “Uilla” tropik qasırğası ən güclü sayılan beşinci kateqoriyaya yaxınlaşır.

Azadinform xarici KİV-lərə istinadla xəbər verir ki, meteoroloqların məlumatına əsasən, hazırda qasırğa Meksikanın qərbindəki Kabo-Korrientes bələdiyyəsindən 255 kilometr cənub-qərbdə yerləşir və saatda 11 kilometr sürətlə şimala doğru hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saatda 250 kilometrə çatır.

“Uilla” Meksikanın qərb, mərkəzi və cənub-qərb hissələrinə həyat üçün təhlükəli olan leysan yağışları və küləklər gətirir.

22.10.2018 23:58 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo