Sərbəst güləşçilərimiz bir medalla kifayətləndi

Azərbaycanın sərbəst güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bir medalla kifayətlənib.

Azadinform-un məlumatına görə, bu növ üzrə 10 pəhləvandan yalnız Cəbrayıl Həsənov mükafatçılar sırasına düşməyi bacarıb. 28 yaşlı idmançı bu gün keçirilən final görüşündə ABŞ təmsilçisi Kayl Duqlas Deykə uduzaraq, gümüş medal əldə edib.

Qalan sərbəst güləşçilərə gəldikdə, Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (70 kq), Murad Süleymanov (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) təsnifat mərhələsində, Pərviz İbrahimov (61 kq) və Şərif Şərifov (92 kq) 1/8 finalda, Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (74 kq) və Aslanbek Alborov (97 kq) 1/4 finalda uduzaraq, mübarizəni dayandırıb.

22.10.2018 23:37 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.01.2019
    19.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo