Türkiyə Səudiyyə Ərəbistanı ilə münasibətlərin korlanmasını istəmir

Türkiyə Səudiyyə Ərəbistanı ilə münasibətlərinin jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə əlaqədar zərər çəkməsində maraqlı deyil.

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib.

“İctimaiyyətdən gizli heç nə olmayacaq, bizim məqsədimiz bütün məqamların araşdırılmasıdır. Qaranlıq məsələlərin qalmaması üçün Səudiyyə Ərəbistanı ilə birgə çalışmalıyıq. Bütün bunların çoxlu sayda birgə layihələrimizin və əməkdaşlıq sahələrinin olduğu Səudiyyə Ərəbistanı ilə münasibətlərimizə xələl gətirməsini istəmirik. Bizim üçün qardaş ölkədir, odur ki, işlər böyük həssaslıqla aparılır”, - deyə o qeyd edib.

Jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib. Oktyabrın 20-də Səudiyyə hökuməti jurnalistin konsulluq binasında öldürüldüyünü rəsmi şəkildə açıqlayıb. Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman mərhumun ailəsinə başsağlığı veriblər.

22.10.2018 22:05 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo