"Barselona" baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

İspaniyanın "Barselona" klubu baş məşqçi Ernesto Valverde ilə müqavilənin müddətini uzadıb. 

Azadinform xəbər verir ki, bu barədə "Mundo Deportivo”ya Kataloniya klubunun prezidenti Josef Bartomey açıqlamsında bildirib. 

O, Valverdenin müqaviləsindəki "sonradan daha bir il uzadıla bilmə" bəndindən istifadə etdiklərini bildirib. 54 yaşlı mütəxəssis yeni sözləşməyə əsasən, 2020-ci ilə qədər komandaya rəhbərlik edəcək.  

Qeyd edək ki, Ernesto Valverde 2017-ci ilin mayından "Barselona"ya rəhbərlik edir. 

22.10.2018 20:18 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.03.2019
    22.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo