Rusiya Ukraynaya qarşı sanksiyalar tətbiq edib

Rusiya Ukraynaya qarşı sanksiyalar tətbiq edib.

Azadinform Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.

"Xüsusi iqtisadi tədbirlər” adlanan sənəd Rusiya vətəndaşlarına və hüquqi şəxslərə qarşı Ukraynanın qərəzli və beynəlxalq hüquqa zidd olan məhdudlaşdırıcı tədbirlərinə cavab və milli mənafeyi qorumaq məqsədilə imzalanıb.  

Qərar məhdudlaşdırıcı addımlar atılacaq hüquqi və fiziki şəxslərin siyahısının və həmin iqtisadi tədbirlərin müəyyənləşdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, 2014-cü ildən Ukrayna hökuməti Rusiyanın siyasətçiləri, iş adamları, rəsmi şəxsləri və media nümayəndələri də daxil olmaqla, 1228 fiziki və 468 hüquqi şəxsinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmişdi. 2017-ci ildən isə Rusiyanın “Mail.ru Group”, “Yandex”, “Vkontakte”, “Odnoklasniki” kimi tanınmış internet şirkətlərinə və bəzi KİV-ə qarşı da müvafiq tədbirlər tətbiq edilib.

22.10.2018 19:28 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo