Prezident İlham Əliyev macarıstanlı həmkarını təbrik edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə təbrik məktubu göndərib. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Macarıstanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 

İnanıram ki, Azərbaycan-Macarıstan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin və tərəfdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

22.10.2018 18:43 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo