Amerika Universitetlərinin Təhsil Sərgisi keçirildi

Samir Soltanov/AZADİNFORM. EducationUSA, ABŞ Səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə "Amerika Universitetlərinin Təhsil Sərgisi”i keçirildi. 20 oktyabrda "Hilton” otelində təşkil olunan sərgi xaricdə təhsil almaq istəyən hər kəs üçün  9 ABŞ universitetinin nümayəndələri və mübadilə proqramlarının məzunları ilə birbaşa danışmaq və universitet proqramları, ərizə prosedurları, təqaüdlər, tələbə həyatı və ABŞ-da mədəni uyğunlaşma haqqında ətraflı məlumat almaq üçün imkan  yaratdı. 

Azadinform xəbər verir ki, ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gil jurnalistlərə müsahibəsində ölkəsində təhsil almaqda maraqlı olan gənclərin sərgidə çoxluq təşkil etməsinin sevindirici olduğunu bildirdi: “Təhsil hər bir insanın həyatında vacib amildir. ABŞ Azərbaycanın gələcək nəsil tədqiqatçılarının, təhsil və digər sahələrdə mütəxəssislərinin yetişməsinə kömək göstərmək məqsədi ilə yüksək səviyyədə keyfiyyətli təhsil təklif edir”. 

Diplomat ABŞ Dövlət Departamentinin dəstəyi ilə Amerikada təhsil təşəbbüsü fəaliyyəti çərçivəsində sərgidə 9 ali məktəbin nümayəndəsinin iştirakından məmnunluğunu ifadə etdi: “ Bu fürsət iştirakçılara onları maraqlandıran suallara cavab almaq, eyni zamanda, ABŞ-da təhsil barədə ətraflı məlumat əldə etmək imkanı verir. Sərginin təşkilatçılarından olan “Education USA” Azərbaycan ilboyu Amerikada təhsil almaq istəyənlərə bu ölkənin ali məktəbləri, müxtəlif təhsil müəssisələri haqqında dəqiq, hərtərəfli və qərəzsiz məlumat verərək, tələbələrin bu ölkədə ali təhsil almasına yardım edir”.  

Uilyam Gil ABŞ-da 4500-dən çox ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini qeyd etdi: “Hazırda ABŞ-da yüzlərlə azərbaycanlı tələbə təhsil alır. Bu sərgi ABŞ-da təhsil almaq istəyən gənclərin sayının çoxalmasına kömək edəcək. Uilyam Gil bildirdi ki, gələcəkdə təhsil sərgisinə daha çox universitetlərin qatılması nəzərdə tutulur: “Gələcəkdə sərgidə iştirak edəcək universitetlərin sayının artırılması nəzərdə tutulur”.

22.10.2018 17:43 / Baxılıb: 253 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo