Bayerin oyunu Əliyar Ağayevə tapşırıldı

Samir Soltanov/AZADİNFORM. Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyununa təyinat alıb. 

Azadinform AFFA-nın saytına istinadən xəbər verir ki, FIFA referisi A qrupunda keçiriləcək "Sürix” (İsveçrə) – "Bayer” (Almaniya) oyununu idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq. 

Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq. 

Əlavə edək ki, 2 oyundan sonra "Bayer" və "Sürix" hərəyə 6 xalla birinci-ikinci yerləri bölüşdürürlər. Qarşıdakı oyun qrupun vahid liderinin müəyyənləşməsi baxımından vacib əhəmiyyət daşıyır.

22.10.2018 16:25 / Baxılıb: 351 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo