Bu, region üçün böyük əhəmiyyət kəsb edən bir müəssisədir Deputat

Ləman Hüseynzadə / AZADİNFORM. “Azərbaycan-Türkiyə münasibətləri bir millət, iki dövlət düsturu ilə inkişaf edir və bu, çoxşaxəli sistemi əhatə edir”.

Bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, hazırda Azərbaycanla Türkiyə birgə dünya üçün çox mühüm olan strateji layihələri həyata keçirir: “Bu ilk növbədə enerji, nəqliyyat sahəsində olan layihələrdir. “Star” neft emalı zavodunun açılışı isə bizim münasibətlərimizin yeni bir mərhələsidir. Azərbaycanın çox böyük yatırımından sonra təkcə Azərbaycan və Türkiyə üçün deyil, ümumiyyətlə, region üçün böyük əhəmiyyət kəsb edən bir müəssisə yaradıldı və onun emal etdiyi məhsul tək Türkiyənin vasitəsilə dünyaya çıxa bilər. Hesab edirəm ki, bu, bizim ölkələrimizin münasibətlərinin çox yüksək səviyyədə olmasının təzahürüdür. Türkiyə və Azərbaycan prezidentlərinin öz çıxışlarında xüsusi qeyd etdikləri kimi bizim münasibətlərimiz dünya üçün bir nümunə ola bilər. Əminəm ki, bu layihənin ardınca digər sahələrdə də çox mühüm layihələri həyata keçirə biləcəyik. Bizim münasibətlərimiz iqtisadi sahə ilə yanaşı həm təhlükəsizlik, həm də mədəniyyət məsələləri ilə bağlı çox uğurla inkişaf edir”.

22.10.2018 15:45 / Baxılıb: 259 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo