AMEA və Caspian European Club biznes-forum keçirəcək

AZADİNFORM. Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Caspian European Club” təşkilatı birgə biznes-forum keçirəcək.

Azadinform-un məlumatına görə, tədbirin təşkilində məqsəd elm və biznes arasında dialoqun genişləndirilməsidir.

Biznes-foruma AMEA-nın prezidenti, akademik Akif Əlizadə sədrlik edəcək. Akademik forum iştirakçılarını maraqlandıran bütün sualları cavablandıracaq, AMEA-nın fəaliyyəti və “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin nailiyyətləri haqqında geniş məlumat verəcək.

Tədbirdə “Caspian European Club” təşkilatının saytında qeydiyyatdan keçmiş beynəlxalq təşkilatların, diplomatik korpusun, dövlət və özəl şirkətlərin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.

Qeydiyyatdan keçmək üçün link:  http://caspianenergy.org/index.php/az/registration/item/349-business-forum-01-11-2018

22.10.2018 15:33 / Baxılıb: 257 / Çap
 
    Bu bölmədə
    20.11.2018
    Neft ucuzlaşıb
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo