Qayğı qəsəbəsinə təbii qaz verilib

Adəm Abbaslı/AZADİNFORM. Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Qayğı qəsəbəsinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Azadinform-a verilən məlumata görə, 54 fərdi evdən ibarət olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2746 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

22.10.2018 14:51 / Baxılıb: 274 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.04.2019
    24.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo