Nar Tərtərdə 4G şəbəkəsini qurdu

Adəm Abbaslı/AZADİNFORM. “Nar” Tərtərdə 4G şəbəkəsini istismara verdi.

“Nar”dan Azadinform-a verilən məlumata görə, bununla Tərtər sakinləri keyfiyyətli və yüksək sürətli mobil rabitə xidmətləri ilə təmin edilir. 

Hazırda “Nar” 4G şəbəkəsinin əhatə dairəsini bütün Azərbaycan boyunca sürətlə genişləndirir və ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 45-dən çox bölgə mərkəzləri “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. “Nar” il ərzində 570-ə yaxın 4G, 140-dan çox 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Təkmilləşdirmə işlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G baza stansiyalarının sayı 1500-ü keçib. 3G baza stansiyalarının sayı 2600-ün üzərindədir. İlin sonuna qədər isə mobil operator ümumilikdə 1700-dən çox 4G-LTE texnologiyalı baza stansiyasını istifadəyə verməklə LTE texnologiyasının əhatə dairəsini  genişləndirməyi nəzərdə tutub. 

4G keyfiyyəti ilə yanaşı, “Nar”ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 250 min nəfərə çatıb. 

22.10.2018 13:25 / Baxılıb: 319 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo