Qaşıqçı sui-qəsdi təsadüfimi?

Camal Qaşıqçının Türkiyədə öldürülməsi bir təsadüf deyil, bu planın arxasında fərqli planlar var. Oktyabrın 2-də girdiyi Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğundan bir daha çıxmayan Camal Qaşıqçının evlənmək üzrə olduğu nişanlısı, İlahiyyat fakültəsi məzunu, Ərəbcə və İngiliscə dillərini mükəmməl bilən Xədicə Cengiz ilk dəfə başına gələnləri belə anladıb: 

“Sentyabrın 28-də Fatih Evləndirmə Dairəsində Camal bəylə görüşdük. Ordakı məmur Camala xarici vətandaşıarın Türklərlə evlənə bilməsi üçün tələb olunan sənədlərin siyahısını verdi. Səfirlikdən hal-hazırda evli olmadığını ispatlayan bir arayış almaq məcburiyyətində olduğumuz söyləndi. Oktyabrın 2-də Camal bəylə qəhvaltı etdik. Bir öncəsi gecə Londondan gəlmişdi. Təcili səfirliyə gedərək tələb olunan kağızı almaq istədiyini bildirdi. Saat 13:00-a təyin olunan vaxtda səfirliyə bərabər getdik. Saat 16:00-ya qədər onu səbrlə gözlədim. Mühavizəçidən məlumat almaq istədim. İçəridə heç kimin olmadığını dedilər”.

Camal Qaşıqçı sentyabrın 28-dən oktyabrın 2-nə qədər olan bu 4 gün içində niyə təcili Londona gedib-gəldikdən sonra səfirliyə getdi? Bu birinci sual. Camal Qaşıqçı kimdir? Səudiyyə Ərəbistanı hökumətinə qarşı müxalif yazıları ilə tanınan Səudiyyəli jurnalist, yazıçı  Camal Qaşıqçı 1958-ci ildə Mədinə şəhərində anadan olsa da onun babası Məhəmməd Qaşıqçı Türkiyənin Kayseri şəhərindən köçmüş, ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi olub.

Картинки по запросу Camal Qaşıqçı

Camal Qaşıqçı 1991-ci ildən 1999-cu ilə qədər "Əl-Mədinə" qazetinin baş redaktoru olaraq fəaliyyət göstərib. Bu dövrdə Əfqanıstan, Küveyt, Sudan kimi ölkələrdə müxbirlik edib. 1987-1995-ci illər arasında Üsamə bin Ladendən bir neçə dəfə müsahibə alıb. 1999-cu ildən 2003-cü ilə qədər Səudiyyə Ərəbistanının “Arab News” ingilis dilli qazetində yazı işləri üzrə müdir müavini olaraq fəaliyyət göstərib. Bundan sonra isə İngiltərəyə gedərək Londonda səfir olan Şahzadə Türki Əl Fəysəl Əl Səudun məsləhətçisi olaraq fəaliyyət göstərib. 2017-ci ilin sentyabr ayından ABŞ-da yaşamağa başlayıb. Burada o, “Vaşinqton Post” qazetində jurnalist olaraq fəaliyyət göstərib.

Babası Səudiyyə kralının şəxsi həkimi olması jurnalistin ailəsinin kral ailəsi ilə yaxın münasibətdə olmasını göstərir. Əksi təqdirdə niyə Londonda Səudiyyə səfirinin məsləhətçisi vəzifəsinə təyin edilsin ki? Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salmanı tənqid etməsi şübhə doğurmurmu?  Görünür ki,  bu tənqidlər gözlərə pərdə asmaq üçündür. ABŞ siyasətçilərinin ideologiyasını əks etdirən “Washington Post” qəzetində jurnalist postuna gətrilən Camal Qaşıqçı nədən Amerikanı narahat etsin ki? Qaşıqçı ilə əlaqədar xəbərləri, dünya çapında qazetlərə və peyk yayınlarına yolladığı xəbər raporları ilə tanınan, mərkəzi Londonda yerləşən ingilis xəbər agentliyi olan “Reuters” yayır. Sizcə bu xəbərlər hansı ölkənin siyasi maraqlarına xidmət edə bilər?

Səudiyyə krallığı ölkəni vəhhabi imamlarının qanunlarıyla idarə edir. Bu qanunları isə ABŞ-ın yaxın müttəfiqi İngiltərə tərəfindən həyata keçrildiyi də məlumdur. O zaman belə bir sual ortaya çıxır,  Donald Trump niyə öz müttəfiqi şahzadə Salmanın iqtidara gəlməsinə əngəl yaratsın ki? Ortada bir cəsəd yoxdur. Əgər gələcəkdə bir cəsəd tapılsa, bu cəsədin gizlədilmiş senariya qəhramanının maketi olmadığı hardan bilinəcək?

Картинки по запросу Camal Qaşıqçı

Yoxsa ABŞ başqanı Tramp Qaşıqçı faciəsinin təfərrüatlarını öyrənmək üçün, ABŞ xarici işlər naziri Pompeonu Səudiyyə Ərəbistanına göndərmiş, Pompeo da, Vəliəhd Prensə - “sən bu Camal Qaşıqçı məsələsini təmizləməsən bunu Amerka etmək məcburiyyətində qalacaq. Əgər belə olsa gələcəkdə kral olman təhlükədə olacaq” -  xəbərdarlığımı etmişdir? 

Bəs niyə bu iş Türkiyədə, həm də Ərəbistan səfirliyində törədilir? Həm Vəliəhd Prensin krallıq məsələsi təhlükəyə atılır, həm də Türkiyə ilə Ərəbistan münasibətlərinə xələl gətrilir. Qeyd edək ki, ötən gün yayılan xəbərə görə, ABŞ-ın dövlət katibi Mayk Pompeo, Məhəmməd ibn Salmana Qaşıqçı ilə bağlı aparılan istintaqının yekunlaşması üçün 72 saat vaxt verdiyi bildirilir. 

Dövlət Departamentinin başçısı bildirib ki, əks halda krallıq sanksiya təhlükəsi ilə üz-üzə qalacaq. O, Salmanın taxta çıxmasının Qaşıqçı hadisəsini necə həll edilməsindən asılı olacağını vurğulayıb.

Bu hadisədən 6 ay öncə 8 mart 2018-ci ildə Səudiyyə vəlihədi Donald Trump ilə görüşündən sonra Türkiyəni "şər üçbucağının bir tərəfi" adlandırdı. Onun sözlərinə görə, qalan iki tərəf - İran və ekstremist islamçı qruplaşmalardır. Şahzadənin Amerika başqanı ilə görüşdükdən sonra Türkiyə və İrana qarşı mənfi münasibət göstərməsi təsadüfi ola bilməz. Səudiyyənin vəliəhd şahzadəsi Salman Türkiyəni İslam xilafətini bərpa etmək cəhdində günahlandırıb. Qərbdə daha çox öz adının baş hərfləri ilə "MBS" adlandırılan Məhəmməd bin Salman, Səudiyyə Ərəbistanının İranın qarşısını çox uğurla kəsə bildiyini iddia edib. Bundan başqa Türkiyə, habelə Suriyadakı münaqişənin çözümü istiqamətində son aylarda İranla əməkdaşlıq edib.

Картинки по запросу Vəlihəd Salman

ABŞ daha çox Səudiyyə Ərəbistanının İranla bağlı mövqeyinə təsir etmək niyyətindədir. Vaşinqton regionun gələcəyinin planlaşdırılmasında dünyanın neft ehtiyatlarının 2/3-ə, qaz ehtiyatlarının isə 40% sahib olan İrana böyük önəm verir. Amerika strateqləri anlayırlar ki, İran yalnız Fars körfəzi, Yaxın və Orta Şərqdə əsas geosiyasi oyunçu olmaqda qalmaqda davam etməyəcək, eyni zamanında enerji daşıyıcılarının qiymətlərinin müəyyənləşməsində əsas rollardan birini oynayacaq. Ağ Ev üçün çox vacibdir ki, bu alət tezliklə ABŞ-ın əlində olsun. Bu reallaşarsa, uduzan tərəf Səudiyyə Ərəbistanı olacaq. Bu ölkə də özünün neft qiymətləri ilə bağlı uzağı görməyən siyasətindən dolayı çox pis vəziyyətdə qalıb. Suriya və Yəməndəki müharibələrə çox böyük vəsait sərf olunur. Hətta iş o yerə çatıb ki, kralın istefa verməsi və hakimiyyəti onun varisinə ötürmək niyyəti barədə məlumatlar sızıb. Bütün bunlar o faktı təsdiqləyir ki, Suriyada müharibə, İraqda münaqişə, Yəmən böhranı dünyada neft bazarının yenidən bölüşdürülməsinin əsas mərhələsidir. Bu Səudiyyə Ərəbistanının zəifləməsi və İranın güclənməsi olmadan baş verə bilməz. 

Buna baxmayaraq, Yaxın Şərqdə ABŞ və İngiltərə siyasətini Səudiyyə Ərəbistanı həyata keçirir. OPEC-də neftin qiymətinin qalxıb-enməsi, dolların məzənnəsinin müəyyən olunmasıda Səudiyyə Ərəbistanın mövqeyinin qeyri-adi dərəcədə əhəmiyyəti var. ABŞ-ın dünya siyasətində oynadığı rolda, xüsusilə neft siyasətinin əsas açarlarından biri Səudiyyə Ərəbistanıdır. Səudilər mümkün olduğu qədər çox miqdarda Amerika silahı satın alıb, ABŞ-ın xarici ticarət borcuna kömək etməyə çalışır. Onu da vurğulayaq ki, Səudiyyə Ərəbistanın bütün ordusu ABŞ-ın, neft sənayesi isə Böyük Britaniyanın nəzarətindədir. Səudiyyə Ərəbistanı İranın və Suriyanın, yəni şiə siyasi gücünün qarşısında duran ən radikal əks məzhəbə sahib olan dövlətdir. Səudiyyənin sıxışdırılması bölgədə şiələrin nüfuzunu artıra bilər.

Картинки по запросу neft

Səudiyyə Ərəbistanının gələcəyi neftə bağlı olub və neft də gedərək tükənməkdə olduğu bir dövrdə, başqa dövlətlərdə energi qaynaqları olduğu üçün Səudi Ərəbistanın gələcəyi qaranlıqdır. Bu səbəblə Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman bəzi islahatlar həyata  keçirmək istəyir.

Səudiyyə Ərəbistanında ciddi hadisələr baş verir. Şahzadələr, nazirlər və zəngin iş adamları həbs edilib dəbdəbəli bir oteldə saxlanılır. Korrupsiyada ittiham edilən şəxslərin banklardakı hesabları da dondurulmuş vəziyyətdədir. Məhəmməd ibn Salman Müdafiə naziri kimi ilk olaraq digər ərəb dövlətləri ilə birgə 2015-ci ilin martında Yəmənə qarşı hərbi kampaniyaya başlayır. Salman deyib ki, Qətərlə mübahisə hələ uzun müddət çəkə bilər və bunu ABŞ-ın Kubaya qarşı 60 il əvvəl qoyduğu embarqo ilə müqayisə edib. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn ötən iyunda Qətərlə diplomatik münasibətlərini kəsiblər. Bu ölkələr hazırda Qətərə qarşı dəniz və hava blokadasını davam etdirirlər.  Buna baxmayaraq Qətər dünyanın ən böyük maye qaz ixracatçısıdır və regionda ABŞ-ın ən böyük hərbi bazası da bu ölkədə yerləşir.

Şahzadə Salman Səudiyyə Ərəbistanının XXI əsrdə mövcud ola bilməsi üçün islahat və müasirləşməyə ehtiyacı olduğunu düşünür. Səudiyyə Ərəbistanını neft asılılığından xilas etmək istədiyini söyləyir. Şahzadə Məhəmmədin ölkə xaricində də güclü müttəfiqləri var. Vashinqtonda ABŞ prezidenti Donald Trumpı ziyarət etdikdən sonra şahzadə Məhəmməd və Ağ Ev arasında sıx bir əlaqə qurulub. Lakin vəliəhd şahzadənin düşmənləri də az deyil.


Elçin Eyvazalı


22.10.2018 13:06 / Baxılıb: 510 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo