Əhalinin gəlirləri 40 milyard manata yaxınlaşıb

Samir Soltanov/AZADİNFORM. 2018-ci ilin doqquz ayında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 9,5 faiz artaraq 39 milyard 690,3 milyon manata çatıb. 

Azadinform xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4046,7 manat təşkil edib və 8,5 faiz artıb. Bu dövr ərzində gəlirlərin 83,4 faizi son istehlak xərclərinə, 8,1 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7,4 faizi isə yığıma yönəldilib. 

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 36 milyard 465,7 milyon manatlıq vəsait qalıb.

22.10.2018 12:25 / Baxılıb: 339 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo