Gündüz saatlarında hava yağmursuz olacaq

Samir Soltanov/AZADİNFORM. Gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu 21-24 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu 22-27, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.

22.10.2018 12:15 / Baxılıb: 283 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo