Arvadını və onun rəfiqəsini bıçaqladı

Samir Soltanov/AZADİNFORM. Hövsanda arvadı və onun rəfiqəsini bıçaqlayan şəxs tutulub. 

DİN-dən Azadinform-a verilən məlumata görə, oktyabrın 21-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki evlərin birinin girişində Aleksey Çesnakov münaqişə zəminində arvadı Qalina Sapkinaya və onun rəfiqəsi Elmira Mirzəyevaya bıçaqla xəsarət yetirib. 

30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda şübhəli bilinən A.Çesnakov saxlanılıb.

22.10.2018 11:50 / Baxılıb: 315 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.04.2019
    24.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo