Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik adlı beynəlxalq konfrans keçiriləcək

Samir Soltanov/AZADİNFORM. Qlobal Karyera İnstitutunun təşkilatçılığı, Amerikanın San-Dieqo Dövlət Universiteti, Avstraliyanın Dubay şəhərində fəaliyyət göstərən Wollongong Universiteti, Şimali Kipr Türk Respublikası Girnə Amerikan Universiteti, Türkiyənin Oxur-Yazar Dərnəyi, Odlar Yurdu Universiteti və “Study in Azerbaijan” şirkətinin dəstəyi ilə ölkəmizdə “Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq konfrans keçiriləcək. 

Azadinform xəbər verir ki, oktyabrın 27-də baş tutacaq konfransın açılışında Prezident Yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu, Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, San-Dieqo Dövlət Universitetinin professoru Pietera Fraser, Wollongong Universitetinin Prezidenti professor Mohammed Salam, Türkiyədə fəaliyyət göstərən Oxur-Yazar Dərnəyinin sədri, yazıçı və təhsil eksperti Sərkan Erkmən, tanınmış İKT mütəxəssisi Onur Ünsalan və digər natiqlər mühazirə və təqdimatlar edəcəklər.  

Odlar Yurdu universitetində keçirilməsi nəzərdə tutulan konfransın əsas məqsədi ölkəmizdə və dünyada təhsil sektorunda baş verən yeniliklər, gələcəkdə təhsil sektorunda gözlənilən yeniliklər, müasir informasiya texnologiyalarının təhsildə tətbiqi, ümumdünyanı gözləyən yeni strategiyalardır. Xaricdən konfransa qatılacaq olan qonaqlar ölkəmizdə fəaliyyət göstərən təhsil işçiləri ilə öz fikirlərini bölüşəcək, qarşılıqlı olaraq təcrübənin tətbiqi və öyrənilməsinə dair fikir mübadiləsi edəcəklər. Konfrans zamanı Azərbaycanda son illərdə aparılan uğurlu təhsil strategiyası və bu sahədə həyata keçirilən islahatlar müzakirə olunacaq.  

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşları, tələbələr, QHT nümayəndələri, KİV təmsilçiləri və təhsilə marağı olanlar iştirak edəcəklər. 

Konfrans iştirakçılarına sonda beynəlxalq sertifikat veriləcək. 

Konfrans ilə bağlı əlavə məlumat almaq və iştirak etmək arzusunda olanlar Qlobal Kariyera İnstitutunun Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlaya bilərlər

Əlaqə: (+994 50) 335 44 12

22.10.2018 10:52 / Baxılıb: 247 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo