İdlibdə avtomobil partladılıb

Bazar günü Suriyanın İdlib şəhərində partlayış baş verib.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər ölüb, daha 10-u yaralanıb.

Telekanalın məlumatına görə, minalanmış avtomobil Əl-Qusur küçəsində partladılıb. Hadisənin başqa təfərrüatları məlum deyil.

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın şərqindəki məscidlərdən birinə hava zərbəsi endirib.

21.10.2018 18:32 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo