"Qarabağ"a texniki məğlubiyyət verilə bilər

"Qarabağ" klubuna "Səbail"lə keçirdiyi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçı ilə əlaqədar texniki məğlubiyyət verilə bilər.

Buna səbəb Ağdam komandasının oyun zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır. Peşəkar Futbol Liqasının rəsmi saytında dərc olunmuş oyunöncəsi heyətlərdə Abbas Hüseynovun adı göstərilməyib. Lakin baş məşqçi Qurban Qurbanov Hüseynovu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb.

Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, AFFA İntizam Komitəsi bir neçə gün əvvəl "Səbail-2" komandasına texniki məğlubiyyət verib. Buna səbəb I Divizionun VI turunda səfərdə "Qarabağ-2" ilə matçda komandanın heyətində protokolda adı qeyd olunmayan futbolçunun iştirak etməsidir. Klub 800 manat məbləğində cərimə olunub. (report)

20.10.2018 22:06 / Baxılıb: 113 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo