Premyer Liqa: Qarabağ Səbailı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda daha bir qarşılaşma keçirilib.

Azadinform xəbər ki, günün ikinci matçında “Qarabağ” “Səbail”i qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 62-ci dəqiqədə Abdullah Zubir vurub.  

Bu nəticədən sonra xallarının sayını 19-a yüksəldən Ağdam təmsilçisi turnir cədvəlinin birinci pilləsində qərarlaşan “Neftçi”yə çatıb.

“Səbail” isə hələ ki, 10 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda “Qəbələ” evdə “Neftçi”dən üstün olub – 3:1. Tura sabah keçiriləcək "Sumqayıt” – "Sabah” və "Keşlə” – "Zirə” matçları ilə yekun vurulacaq.

20.10.2018 21:12 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo