Əfqanıstanda bir sıra məntəqələrdə seçkilər təxirə salınıb

Əfqanıstan Müstəqil Seçki Komissiyası bir sıra seçki məntəqələrində seçkilərin keçirilməsini oktyabrın 21-nə təxirə salıb.

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, həmin məntəqələrdə müxtəlif səbəblərdən şənbə günü səsvermənin keçirilməsi mümkün olmayıb. 

Komissiyanın sədri Əbdül Badi Səyyad bildirib ki, oktyabrın 20-də yerli vaxtla saat 13-dək açıla bilməyən seçki məntəqələri bazar günü işləyəcək.

Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir. Ölkənin paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.

Xatırladaq ki, Əfqanıstanda prezident seçkiləri 2019-cu ilin aprel ayında keçiriləcək. 

20.10.2018 16:43 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo