Voleybol üzrə dünya çempionatının qalibi müəyyənləşib

Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatının qalibi müəyyənləşib.

Azadinform xəbər verir ki, həlledici qarşılaşmada Serbiya və İtaliya komandaları üz-üzə gəlib. Qarşılaşma serblərin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Üçüncü yer uğrunda görüşdə isə Çin Hollandiyanı üstələyə bilib - 3:0. 

Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının II mərhələsində mübarizəni dayandırıb. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 24 ölkə arasında 15-ci yeri tutub.

20.10.2018 17:32 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.03.2019
    20.03.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo