Bakı Metropoliteninin keçirdiyi tenderin qalibi məlum olub

Bu il sentyabrın 27-də “Bakı Metropoliteni” QSC tərəfindən müxtəlif ölçülü ofis modullarının kotirovka sorğusu üsulu ilə satınalınmasına dair keçirilmiş müsabiqənin qalibi məlum olub.

Azadinform xəbər verir ki, tenderin qalibi “İcecool” MMC elan edilib. Oktyabrın 18-də həmin şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb. Müqavilənin dəyəri 45 383,98 manat məbləğindədir.

Qeyd edək ki, Fuad Əli Qulu oğlu Bədəlov tərəfindən yaradılan “İcecool” MMC bu il fevralın 1-də dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır.

20.10.2018 15:26 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo