Əfqanıstanda seçki məntəqəsində partlayış olub

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Emergency" qeyri-hökümət təşkilatından məlumat verilib. 

"Mərkəzimizə indiyədək 30 xəstə daxil olub. Onlar arasında bir uşaq var ki, mərkəzə çatdırılanadək yolda dünyasını dəyişib", - təşkilatın "Twitter" səhifəsində qeyd olunub.

20.10.2018 14:57 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo