Bərdədə 600 kiloqram at əti aşkarlanıb

AZADİNFORM. Bərdə rayonunda 600 kiloqram at əti aşkarlanıb. 

Bu barədə Azadinform-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.   

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş İctimai Təhlükəsizlik idarələri və Bərdə rayon Polis şöbəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə oktyabrın 19-da Bərdə rayonu ərazisində keçirilib.  

Rayonun Qaradağlı kəndi ərazisindəki yardımçı tikilidən rayon sakinləri Alim Məmmədov və Teymur Bağırov tərəfindən kəsilmiş çəkisi 600 kiloqram olan 3 baş at və kəsilməkdə olan 2 baş at aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

20.10.2018 14:07 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo