Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 111 cinayət faktından 22-nin üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 14 fakt müəyyənləşdirilib. 

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

20.10.2018 13:35 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo