Sürüşmə ərazisində gərginlik qalmaqdadır

Samir Soltanov/AZADİNFORM. Badamdarda sürüşmə zonasında monitorinqlər davam etdirilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Azadinform-a verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə kütləsi üzərində kiçik tipli uçqunlar və süxur kütlələrinin yamac boyu axıntıları müşahidə edilib. 

Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində artım qeydə alınmayıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

20.10.2018 13:00 / Baxılıb: 186 / Çap
 
    Bu bölmədə
    21.01.2019
    Virtual viruslar
     Xəbər lenti
    22.01.2019
    21.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo