Ağ Ev Qaşıqçının ölümü ilə bağlı başsağlığı verib

Samir Soltanov/AZADİNFORM. Ağ Ev “Vaşinqton Post” qəzetinin əməkdaşı, müxalif jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı başsağlığı verib. 

Azadinform xəbər verir ki, Ağ Ev sözçüsü Sarah Sanders başsağlığında bildirib: “Camal Qaşıqçının ölümünün təsdiqini tapması bizləri kədərləndirdi. Qaşıqçının ailəsinə, sevənlərinə və nişanlısına başsağlığı veririk”. 

Xatırladaq ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşmüşdü.

20.10.2018 12:30 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo