ABŞ-da aktiv qazma qurğularının sayı 1000-i ötüb

Samir Soltanov/AZADİNFORM. ABŞ-da aktiv qazma qurğularının sayı artıb. 

Azadinform xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 4 ədəd artaraq 1067 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 154 ədəd çoxalıb. 

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 4 ədəd çoxalaraq 873 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 137 ədəd artıb. 

Ölkədəki aktiv qaz qazma qurğularının sayı da 1 ədəd artaraq 194 olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 17 ədəd çoxalıb. Qarışıq fəaliyyət göstərən quyuların sayı isə 1 ədəd azalıb. 

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

20.10.2018 12:00 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo