DGK-ya 1 milyon 729 min 332 elektron müraciət daxil olub

Samir Soltanov/AZADİNFORM. 2018-ci ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 1 milyon 729 min 332 elektron müraciət daxil olub. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, daxil olunan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu və gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edir. 

Həmçinin bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinə 226 min 774 müraciət daxil olub.

20.10.2018 11:50 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo