Dörd kisə fındıq oğurlayanlar saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Zaqatala rayonu Yuxarı Tala kənd sakini Saleh Soltanov oktyabrın 19-da Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsindən 4 kisə fındığın oğurlandığını bildirib. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadinform-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər həmkəndlisi Əhməd Məmmədov və Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş İslam Ömərov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər və dindirilmə zamanı qabaqcadan əlbir olub, S.Soltanova məxsus evin həyətyanı sahəsinə qanunsuz daxil olmaqla 120 kq fındığı oğurladıqlarını etiraf ediblər. 

Faktla bağlı araşdırma aparılır.

20.10.2018 10:50 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo