BVF Ukraynaya 3,9 milyard dollar kredit ayıracaq

Beynəlxalq Valyuta Fondu Ukrayna hökuməti ilə 14 ay müddətinə 3,9 milyard dollar ekvivalentində yeni kredit borcunun ayrılmasına dair razılıq əldə edib.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fondun mətbuat xidmətinin cümə günü yaydığı məlumatda deyilir.

"Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti və Ukrayna hökuməti yeni 14 aylıq maliyyələşdirmə proqramı haqqında razılıq əldə ediblər", - deyə məlumatda bildirilir.

Bundan əvvəl Ukraynada təbii qazın əhali istehlakçı qrupu üzrə tarifinin artırıldığı məlum olub.

19.10.2018 23:58 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo