Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri oktyabrın 19-da başa çatıb.

Azadinform xəbər verir ki, dövlət başçısı səfər zamanı Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak edib.

İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə terrasdan “Star” neft emalı zavodunun ərazisini seyr edib, zavodun idarəetmə ofisi ilə tanış olub. Prezidentlərə “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib. Sonda Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

19.10.2018 23:43 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo