Fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşma olub

Qəzza zolağında İsrail hərbçilərilə növbəti toqquşma nəticəsində 52 nəfər fələstinli xəsarət alıb.

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, zərərçəkənlər arasında 70 yaşlı qadın və bir nəfər jurnalist də var.

İsrail ordusunun məlumatına görə, ayırıcı xətt üzərində toplaşaraq qarşı tərəfə yandırıcı maddə dolu şarlar buraxan bir qrup fələstinliyə hava zərbəsi endirilib.

19.10.2018 23:21 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo