Ukraynada qazın qiyməti artırılıb

Ukraynada təbii qazın əhali istehlakçı qrupu üzrə tarifi 23,5 faiz artırılıb. 

Azadinform Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Volodımir Qroysman Ali Radanın iclasında məlumat verib. 

Onun sözlərinə görə, qazın hər 1000 kubmetrinin qiyməti 6958 qrivnadan (246.89 dollar) 8550 qrivnayadək (303.37 dollar) qaldırılıb.

V.Qroysman bildirib ki, yeni tarif noyabr ayından etibarən qüvvəyə minəcək: "Qərar Beynəlxalq Valyuta Fondu tərəfindən Ukraynaya növbəti kredit tranşı ayrılması üçün irəli sürülən şərtlər daxilində qəbul olunub".

19.10.2018 23:07 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo