UEFA "Mançester Yunayted"i oyunun gec başlamasına görə cəzalandırıb

UEFA İntizam Komitəsi İngiltərənin "Mançester Yunayted" klubunu cərimələyib. 

Azadinform qurumun saytına istinadən xəbər verir ki, buna səbəb Çempionlar Liqasının II turunda evdə İspaniya "Valensiya"sı ilə keçirilmiş matçın gec başlamasıdır. İngiltərə təmsilçisi buna görə 15 min avro ödəməli olacaq.

Qeyd edək ki, "Mançester Yunayted" - "Valensiya" matçı 0:0 hesabı ilə başa çatıb. Meydan sahiblərinin avtobusu tıxaca görə oyunun keçirildiyi "Old Trafford" stadionuna gec çatıb.

19.10.2018 22:49 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo