Hindistanda qatar izdihamı əzib, 50 nəfərdən çox insan ölüb

Hindistanda qatar dəmir yolunun üstündə toplaşan izdihamı əzib.

Azadinform “Economic Times” nəşrinə istinadən xəbər verir ki, hadisə Pəncab ştatındakı Əmritsar şəhəri yaxınlığında qeydə alınıb. 

Qəza nəticəsində 50 nəfərdən çox insanın öldüyü bildirilir.

Faciəyə səbəb kimi hinduistlərin qədim Dəşəhra bayramı münasibətilə xeyli sayda sakinin ənənəyə uyğun olaraq müqəvvalar yandırmaq üçün dəmir yolu üzərinə toplaşması göstərilib.

19.10.2018 22:18 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo