Badamdarda süxurların yola doğru hərəkəti yenə də müşahidə edilib

AZADİNFORM. Badamdar sürüşmə zonasında sürüşmə kütləsi süxurlarının yola doğru hərəkəti yenə də müşahidə edilib.

Azadinform xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahın saat 21:00-a olan məlumatında deyilir.

Aparılan monitorinqlərin nəticəsinə görə, ərazidə nisbi stabillik qalmaqdadır: 

"Sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsi süxurlarının yola doğru hərəkəti yenə də müşahidə edilib. Ərazidə nisbi stabillik  qalmaqdadır".

Bundan əvvəl verilən məlumata görə, sürüşmə sahəsi üzərində xırda uçqunlar qeydə alınıb.

19.10.2018 22:05 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo