Vasif Talıbov bir sıra şəxsləri təltif edib - SİYAHI

AZADİNFORM. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında sərəncam imzalayıb.

Azadinform-un məlumatına görə, sərəncamla Babək rayonunun inkişafında fəaliyyətlərinə görə, Məmmədov Nihal Məmmədqulu oğlu və Məmmədsoy Müşviq Məmməd oğlu “Əməkdar dövlət qulluqçusu”, Əliyev İsa Əli oğlu, Quliyev Həsən Əli oğlu və Seyidov Mirkərim Əhməd oğlu “Əməkdar müəllim”, Abdullayev Qulam Səfərəli oğlu və Həsənova Leylan İbrahim qızı “Əməkdar həkim”, Abutalıbov Tofiq Abutalıb oğlu və Həsənov Cəlal İbrahimxəlil oğlu “Əməkdar kənd təsərrüfatı işçisi”, Rzayeva Sevinc Hüseyn qızı “Əməkdar mühəndis” fəxri adı, Əliyev Məcid Sərraf oğlu, Xudiyev Məhərrəm Cəlil oğlu, İsmayılov Hüseyn Abbas oğlu və Novruzov Məhərrəm Yavər oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

19.10.2018 21:36 / Baxılıb: 106 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo