Vilayət Eyvazov Qazaxıstan daxili işlər nazirinin müavini ilə görüşüb

AZADİNFORM. Qazaxıstanın daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Janat Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun dəvəti ilə ölkəmizə səfərə gəlib.

Daxili İşlər Nazirliyindən (DİN) Azadinform-a verilən məlumata görə, Vilayət Eyvazov qazaxıstanlı həmkarının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Qonaqları salamlayan V.Eyvazov hər iki dövlət başçılarının müəyyənləşdirdikləri strategiyaya, eləcə də daxili işlər nazirləri - Ramil Usubov ilə Kalmuxanbet Qasumovun dostluq və işgüzar münasibətlərinə uyğun olaraq  Azərbaycan və Qazaxıstan DİN-ləri arasındakı əməkdaşlığın və səmərəli işbirliyinin daha da dərinləşdiyini bildirib. 

O, ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb. 

Söhbət zamanı qonaqlara müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, qəbul edilmiş yeni qanunlar barədə məlumat verilib, sabitliyin yaradılması və onun dönməzliyinin təmini, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində görülən işlərdən  danışılıb, mövcud problemlərdən söz açılıb. 

Polis general-mayoru Janat Süleymanov səmimi qəbula, yüksək qonaqpərvərliyə və əhatəli məlumata görə təşəkkürünü bildirib, Azərbaycan vətəndaşları ilə bərabər respublikamızda əcnəbilərin də təhlükəsiz yaşayıb-işləmələri üçün yaradılan şəraitdən məmnunluğunu, təmsil etdiyi qurumun əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu, bu istiqamətdə səylərini əsirgəməyəcəklərini və səfərin bu məqsədə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb. 

Qazaxıstan DİN-in nümayəndə heyəti Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qəbulunda olub.

İki gün davam edəcək səfər çərçivəsində qazaxıstanlı qonaqlar Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” və “Təhlükəsiz şəhər” xidmətlərinin, həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin fəaliyyəti ilə yaxından tanış olacaqlar. 

19.10.2018 21:23 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo