Həndbol üzrə dünya çempionatlarında iştirak edəcək komandaların sayı artırılıb

Beynəlxalq Həndbol Federasiyası (IHF) Şurası kişi və qadınlar arasında keçiriləcək dünya çempionatlarında komandaların sayını artırmaq qərarına gəlib. 

Azadinform qurumun saytına istinadən xəbər verir ki, qərar IHF-nin Qətərin paytaxtı Dohada təşkil olunan Konqresində qəbul olunub. Dünya çempionatında iştirak edəcək komandaların sayı 24-dən 32-yə yüksəldilib. 

Qeyd edək ki, bu qərar 2021-ci ildən qüvvəyə minəcək. Həmin il kişilər arasında dünya çempionatı Misirdə, qadınların mundialı isə İspaniyada keçiriləcək. Kişilər üçün əlamətdar yarış 1938-ci ildən, qadınlarda isə 1957-ci ildən bəri keçirilir. 

19.10.2018 20:54 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo