İspaniya La Liqası top-futbolçularını itirə bilər

İspaniya hökuməti böyük məbləğdə əmək haqqı alan şəxslərdən daha çox pul tutulması ilə bağlı vergi islahatına hazırlaşır.

Azadinform “Associated Press”ə istinadən xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tebas bu dəyişikliyin İspaniya klublarının top-futbolçuları heyətə qatmalarına ciddi mənfi təsir göstərəcəyi ilə bağlı narahatlığını ifadə edib.

Tebasın fikrincə, bu cür tədbirlər klublara illik, ümumilikdə, 80 milyon avroya başa gələcək. Üstəlik, La Liqa top-oyunçularını itirəcək.

Hazırda klublara yeni müqavilələrin rəsmiləşməsi zamanı güzəştli vergi tətbiq olunur. Buna rəğmən, son vaxtlar Lionel Messi, Kriştianu Ronaldu, Marselo, Di Mariya kimi futbolçular vergidən yayınmaqdan ittiham olunaraq məhkəmə önünə çıxarılıblar. Məhz bu cür hallar İspaniya hökumətini vergi islahatı aparmağa sövq edir.

19.10.2018 20:17 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo