Almaniyada atışma olub, ölən və yaralananlar var

Almaniyanın Reinland-Pfalz əyalətinin Kirxem qəsəbəsində baş verən atışma nəticəsində 2 nəfər ölüb, birinin vəziyyəti ağır olmaqla 2 polis əməkdaşı yaralanıb.

Azadinform “TRTHaber”ə istinadən xəbər verir ki, bunu əyalətin Frankental şəhərinin prokuroru Hubert Storber bildirib.

Onun sözlərinə görə, bir qadın narkoman oğlunun onu bıçaqla hədələdiyini polisə xəbər verib. Hadisə yerinə polis əməkdaşları göndərilib.

Əli bıçaqlı narkoman polisə hücum edərək iki polisi yaralayıb. Asayiş keşikçilərinin açdığı atəş nəticəsində ana və oğul ölüb. Ananın ölümünün səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. 

19.10.2018 20:05 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo