Qarabağ Vorskla oyununa nə qədər bilet satılıb?

Samir Soltanov/AZADİNFORM. Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyununa bilet satışı davam edir. 

Azadinform “Qarabağ”ın rəsmi “Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, artıq 12 min bilet satılıb. 
Biletləri Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür. Biletlərin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir. 
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” matçı saat 20:55-də başlayacaq.

19.10.2018 18:56 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo