Bakıda qaz xəttində sızıntı baş verib 4 küçə qazsız qalıb

Samir Soltanov/AZADİNFORM. Bakıda qaz xəttində qəza hadisəsi baş verib. 

“Azəriqaz” İB-dən Azadinform-a verilən məlumata görə, Xətai rayonu ərazisində 160 mm-lik yeraltı polietilin qaz xəttində bir-neçə yerdə qaz sızması aşkarlanıb. Hadisə nəticəsində Xətai rayonunun Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, İnqilab İsmayılov küçələri və "Neapol" dairəsinə qaz verilişi dayandırılıb. Hazırda sızmanın qarşısının alınması ilə bağlı tədbirlər görülür. 

Bildirilib ki, təmir işləri başa çatandan sonra gün ərzində həmin ərazilərə təbii qazın verilişi bərpa ediləcək.

19.10.2018 18:47 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo