Türkiyədə 33 terrorçu zərərsizləşdirilib

Samir Soltanov/AZADİNFORM. Türkiyədə son bir həftə ərzində 33 terrorçu zərərsizləşdirilib. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, 12-18 oktyabr arası PKK/KCK terror təşkilatının daha çox fəaliyyət göstərdiyi Siirt, Diyarbəkir, Ağrı, Mardin və İraqın şimalında əməliyyatlar davam etdirilib. Əməliyyatlar nəticəsində 33 terrorçu zərərsizləşdirilib. Bundan başqa, 1 avtomat, 15 piyada tüfəngi, 1 tapança, 2167 müxtəlif yüngül silah-sursat, 407 kiloqram amonium-nitrat, 20 əl bombası, 2 gecə görmə durbini və 11 rabitə qurğusu ələ keçirilib.

19.10.2018 17:02 / Baxılıb: 231 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo