Azərbaycan və Türkiyə Prezidentləri Star NEZ-in açılışda iştirak ediblər

Samir Soltanov/AZADİNFORM. Bu gün Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir. 

Azadinform xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edirlər. Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxdılar. 

Dövlət başçılarına “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verildi. 

Sonra xatirə şəkli çəkdirildi. 

“Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Fatih Dönməz, xəzinə və maliyyə naziri Berat Albayrak, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım çıxış etdilər. 

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər. 

Daha sonra dövlət başçıları zavodun açılışını etdilər. 

Sonda birgə foto çəkdirildi.

19.10.2018 16:48 / Baxılıb: 436 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo