STAR Rafineri yeni layihələrin həyata keçirilməsinə böyük təkan verəcək

Ləman Hüseynzadə / AZADİNFORM. “Azərbaycan həmişə Türkiyənin yanında olub, Türkiyə də həmçinin. Münasibətlərimiz yüksək səviyyədə inkişaf edir”.

Bunu Azadinform-a Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı olacaq “STAR Rafineri” barədə danışarkən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, bu müəssisənin açılışı inkişaf edilmiş münasibətlərin tərkib hissəsi və davamıdır: “Bu, Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə, yüksəlməsinə və bundan sonra bir sıra yeni layihələrin həyata keçirilməsinə böyük təkan verəcək. Təsadüfi deyil ki, açılışda bizim dövlət başçımız da iştirak edir. Çünki bu çox möhtəşəm və ölkələrimizi daha da yaxınlaşdıran bir layihədir. Düşünürəm ki, bizim Türkiyə ilə münasibətlərimiz dünyada baş verən heç bir amillərdən asılı olmayaraq sonrakı illərdə də inkişaf istiqamətində davam etdiriləcək”.

19.10.2018 16:30 / Baxılıb: 434 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo